Texniki Universitetin tələbələri “Aselsan-Bakı”da təcrübə proqramı keçirlər

Texniki Universitetin tələbələri “Aselsan-Bakı”da təcrübə proqramı keçirlər Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları “Aselsan-Bakı”da təcrübə proqramı keçən tələbələrin iş prosesini izləmək məqsədilə şirkətdə olublar.
“Aselsan-Bakı” şirkətinin direktoru Özgür Kürüm tələbələrin nəzəri biliklərinin yüksək olduğunu və onların səriştəəsaslı dual təlimi yaxşı qavradıqlarını deyib. Şirkət rəhbəri gələcəkdə təcrübə proqramı üçün tələbələrin sayının artırılmasına ehtiyac olduğunu da diqqətə çatdırıb.
Qeyd edək ki, “Aselsan-Bakı”nın qurucusu Türkiyə hərbi sənaye kompleksinin lokomotivi olan “Aselsan” şirkətidir. Şirkət Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatından keçib.

AzTU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər