BP-nin əməkdaşları Xəzər Universitetinin tələbələri ilə görüşdü

BP-nin əməkdaşları Xəzər Universitetinin tələbələri ilə görüşdü 2016-cı il noyabrın 23-də “British Petroleum” (BP) şirkəti ilə Xəzər Universitetinin tələbələri arasında görüş keçirildi. Neft mühəndisliyi, mexanika mühəndisliyi, inşaat mühəndisliyi və maliyyə ixtisasları üzrə təhsil alan tələbələr bu görüşdə iştirak etdilər. Görüşdə Mehriban Şıxzamanova BP şirkəti haqqında ümümi məlumat və təcrübə proqramı mövzularına toxundu. Bundan əlavə, Xəzər Univeristetinin məzunu olan və hazırda BP şirkəti ilə çalışan Zümrüd Aslanova görüşdə öz təcrübələrini və təəssüratlarını bölüşdü.
Sonda isə nümayəndələr tələbələrin suallarını cavablandırdılar.

Metbuat və İnformasiya Xidməti


Oxşar xəbərlər