ADNSU-nun tələbələrinə menecment təcrübə proqramı haqqında məlumat verilib

ADNSU-nun tələbələrinə menecment təcrübə proqramı haqqında məlumat verilib “Coca-cola” şirkəti nümayəndələrinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələrlə görüşü olub.
Görüşdə menecment təcrübə proqramı haqqında ətraflı məlumat verilib və geniş videotəqdimat edilib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, menecment təcrübə proqramı sonuncu kursda və ya magistratura pilləsində təhsil alan tələbələrə, həmçinin son iki ildə məzun olmuş gənclərə şamil edilir. Təcrübəçilərə şirkət tərəfindən aylıq əməkhaqqı ödənilməsi nəzərdə tutulur. Proqram gündəlik tələbat malları (FMCG) sahəsinin müxtəlif aspektlərində iş təcrübəsi, kompleks problemləri həll etmək üçün bacarıq və peşəkar təcrübəni inkişaf etdirmək imkanları yaradır.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər