Coğrafiyaçı alim Avropa İttifaqının seminarında təbii fəlakətlərdən danışıb

Coğrafiyaçı alim Avropa İttifaqının seminarında təbii fəlakətlərdən danışıb Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun icraçı direktoru vəzifəsini icra edən coğrafıya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Avropa İttifaqının “Milli səviyyədə səmərəli erkən xəbərdarlıq sistemlərinin qurulması üçün qurumlararası əlaqələndirmə və fövqəladə halların planlaşdırılması” mövzusunda seminarının iştirakçısı olub.
Seminarın əsas məqsədi, fövqəladə halların milli və yerli səviyyədə planlaşdırılması və çevik cavab tədbirləri üçün erkən xəbərdarlıq və qurumlararası birgə fəaliyyət üzrə yanaşmaların mülki müdafiə tədbirlərinə tam inteqrasiyasının təmin edilməsi və effektiv erkən xəbərdarlıq sistemləri üzrə təcrübə mübadiləsinin aparılması olub. İştirakçılar effektiv və səmərəli erkən xəbərdarlıq sistemlərinin qurulması, milli risk proqramının hazırlanması, meşə yanğınlarının təhlükəsinin proqnozlaşdırılması modelləri, RİSİCO və EFFİS kimi erkən xəbərdarlıq sistemləri ilə əlaqədar məruzələr dinləyib, təlim suallarını cavablandırıblar.
Z.İmrani Coğrafiya İnstitutunun təbii xarakterli fəlakətlərlə (sel, sürüşmə, daşqın, uçqun və s.) bağlı gördüyü işlər barədə seminar iştirakçılarına məlumat verib. O bildirib ki, meşə yanğınları ilə bağlı təsirlərin qiymətləndirilməsi təbii və antropogen təsirlərdən asılı olaraq dəyişir. Hadisənin başvermə yeri və arealı müəyyən edilməklə birbaşa dəyən ziyanlar qiymətləndirilir, lakin ekosistemə, ətraf mühitə, insanların sağlamlığına dəyən ziyanların qiymətləndirilməsi olduqca çətin və uzun bir prosesdir.
Tədbirdən sonra Z.İmrani İtaliyanın Ətraf Mühitin Monitorinqi Mərkəzinin mütəxəssisi Andrea Trukhianı institutun yanvarın 11-də keçiriləcək elmi seminarına dəvət edib.

Tehsil-press.az

Oxşar xəbərlər