Ümummilli Liderin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” müsabiqəsinə başlanılıb

Ümummilli Liderin 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” müsabiqəsinə başlanılıb Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə start verilib.
Müsabiqə Elm və Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirliyin sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir. Müsabiqə 4 nominasiya – şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs üzrə 3 mərhələdə keçirilir.
Yanvarın 9-dan fevralın 28-dək keçiriləcək I mərhələdə peşə və orta ixtisas təhsili müəssisələrində yaradılmış münsiflər heyəti tərəfindən hər nominasiya üzrə iştirakçılar müəyyənləşdirilir. Onlar haqqında məlumatlar (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı, şəxsiyyət vəsiqəsinin surəti) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron poçt ünvanına ([email protected]) göndərilir.
Martın 1-dən aprelin 4-dək zonalar üzrə keçiriləcək II mərhələyə müsabiqənin I mərhələsində hər nominasiya üzrə I yeri tutan iştirakçılar qatılırlar.
Aprelin 6-dan 10-dək keçiriləcək III mərhələ respublika mərhələsidir. Bu mərhələdə hər nominasiya üzrə I yeri tutan iştirakçılar respublika mərhələsində iştirak etmək hüququ qazanırlar.
Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konsert mayın 4-də Bakı şəhərində keçiriləcək. Müsabiqədə I, II və III yerin sahibləri Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.
Maraqlananlar tələblər və müsabiqə haqqında ətrafı məlumatı linkə daxil olaraq əldə edə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər