Hüseyn Cavid irsi gənclər arasında təbliğ olunur

Hüseyn Cavid irsi gənclər arasında təbliğ olunur Azərbaycan Gəncləri Günü münasibətilə Hüseyn Cavidin ev-muzeyində “Açıq qapı” günləri keçirilib.
Muzeydə “Gənclər arasında Hüseyn Cavid irsinin təbliği” mövzusunda silsilə maarifləndirici tədbirlər təşkil olunub. Muzeyi ziyarət edən 4 yüzdən çox gəncə görkəmli şair Hüseyn Cavidin zəngin irsi, əsərlərinin səhnə taleyi, onun və doğmalarının həyatı haqqında ətraflı məlumat verilib. Eyni zamanda, viktorinalar, bədii qiraət müsabiqələri keçirilib.
Sonra gənclərə müxtəlif mövzularda mühazirələr oxunub, muzey tərəfindən nəşr olunan kitablar hədiyyə edilib.

Tehsil-press.az

Oxşar xəbərlər