Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının tələbə və şagirdlər üçün elan etdiyi “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsinə yekun vurulub.
Müsabiqə üçün göndərilən qiraət nümunələri münsiflər heyəti tərəfindən qiymətləndirilib, 5 şagird finala çıxıb və finalçıların canlı ifası dinlənilərək qaliblər müəyyənləşdirilib, onlar diplom və kitablarla mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd böyük şair Hüseyn Cavidin zəngin irsini təbliğ etmək, onun yaradıcılığına gənc nəslin marağını daha da artırmaqdır.
Tehsil-press.az