Mədəniyyət və İncəsənət Universiteti də Türkiyəyə yardım kampaniyasına qoşuldu

Mədəniyyət və İncəsənət Universiteti də Türkiyəyə yardım kampaniyasına qoşuldu Səhər saatlarında Türkiyədə baş verən və genişmiqyaslı dağıntılara, çoxsaylı insan tələfatına səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) də yardım kampaniyasına qoşulub.
ADMİU əməkdaşlarının topladığı yardımlar Bakı şəhəri, Tbilisi prospektində Heydər Əliyev adına İdman Konsert Kompleksində təşkil olunmuş məntəqəyə çatdırılıb. Universitetin kollektivi qardaş Türkiyədə baş verən zəlzələ zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.

Tehsil-press.az



Oxşar xəbərlər