Zelenski Makron və Şolts ilə görüşmək üçün Parisə getdi
Ukrayna Prezidenti Volodimir Zelenski Londondan Parisə yola düşüb, orada fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsla görüşəcək.
“Volodimir Zelenski Londondan uçdu və tezliklə Parisin Orli hava limanına enməlidir”, - məlumatda deyilir.
Qeyd edək ki, fevralın 8-də Zelenski Londona səfər edib. Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri onun ikinci xaricə səfəridir.
Tehsil-press.az
- Baxış: 2016
Xəbərin tarixi: 09.02.2023 / 17:21
-
Oxşar xəbərlər