SOCAR-ın prezidenti ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

SOCAR-ın prezidenti ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb SOCAR-ın prezidenti Rövşən Nəcəf ikinci “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şöhrət İsa-zadə və Ramil Abulov ilə görüş keçirib.
Görüşdə Şöhrət İsa-zadə müsabiqə qaliblərinin idarəetmə sahəsində təcrübələri ilə maraqlanıb. SOCAR-ın prezidenti qaliblərin praktiki fəaliyyətə cəlb olunmaqla təcrübələrinin artırılmasının önəmli olduğunu qeyd edib. Rövşən Nəcəf layihənin idarəçi rəhbərlərindən biri olaraq birillik fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini, həmçinin qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün SOCAR tərəfindən lazımi şəraitin yaradılacağını vurğulayıb.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi qəbula görə SOCAR-ın prezidentinə təşəkkür ediblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Qaliblər idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünü inkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti - 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il dekabrın 20-də Sərəncam imzalanıb.

Tehsil-press.az



Oxşar xəbərlər