“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib “Yüksəliş” müsabiqəsinə qeydiyyat davam edir. Fevralın 17-dən bu günədək 10 mindən çox namizəd qeydiyyat mərhələsini uğurla tamamlayıb.
Qeydiyyatdan keçənlərin 30 faizini qadınlar təşkil edir. Qeydiyyat mərhələsində iştirak edənlərin dörddəbiri ötən ilin “Yüksəliş” müsabiqəsi iştirakçılarıdır.
Qeyd edək ki, 21–51 yaş arasında olan, ali təhsilli, azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə iştirak edə bilər. Müsabiqəyə qeydiyyat www.yukselish.az saytı vasitəsilə aparılır. Martın 31-i saat 18:00-da qeydiyyat mərhələsi başa çatacaq. Növbəti mərhələlər barədə əlavə məlumat veriləcək.
Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20 iştirakçı idarəçi rəhbərlərin iştirakı ilə birillik mentorluq proqramına qoşulmaq və fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq imkanı əldə edəcək.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Tehsil-press.az


Oxşar xəbərlər