Kooperasiya Universiteti Türkiyədə baş verən zəlzələdən zərərçəkən insanlara yardım edib

Kooperasiya Universiteti Türkiyədə baş verən zəlzələdən zərərçəkən insanlara yardım edib Türkiyədə baş verən zəlzələdən zərərçəkən insanlara kömək məqsədilə Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci tərəfindən yardım göstərilib.
Humanitar yardım əsasən yorğan-döşək, yastıq, isti geyim və azyaşlılar üçün lazım olan əşyalardan ibarət olub və Bakı İdman Sarayında yaradılmış məntəqəyə çatdırılıb.
Qardaş ölkədə baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlətimizin başçısının tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkəyə genişmiqyaslı yardım göstərilir.
Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin.

Tehsil-press.az


Oxşar xəbərlər