Azərbaycana hücum planı: İran hansı ərazini ələ keçirmək istəyir? - ŞOK DETALLAR

Azərbaycana hücum planı: İran hansı ərazini ələ keçirmək istəyir? - ŞOK DETALLAR Ermənistan və İranın Azərbaycana qarşı təxribat hazırlığı təkcə Türkiyənin zəlzələyə görə diqqətinin bölgədən yayınmasından qaynaqlanmır: mümkündür ki, belə bir təxribata zəlzələdən öncə qərar verilib, sədəcə, mövcud vəziyyəti şans kimi qiymətləndirirlər;
Hərçənd, Tehran və İrəvanda da anlayırlar ki, Azərbaycan Ordusu təxribatlara cavab vermək əzmindədir, o cümlədən, miqyasına görə dəhşətli olan zəlzələyə baxmayaraq, Türkiyə ordusunun proseslərə mümkün müdaxiləsi gecikməyəcək;
Burada əsas məqam Ermənistanın məqsədi və İranın təxribatda maraqlarının nə olmasıdır.
İrəvanın sərhəd təxribatlarının nəyə hesablandığı aydındır:
- Azərbaycan ordusunun nəzarət etdiyi strateji ərazilərdə mümkün qədər irəliləmək və ələ keçirmək, bununla da sərhədlə bağlı danışıqlarda əlini gücləndirmək;
- Sərhəddə eskalasiya ilə Avropa İttifaqının missiyasının vacibliyini göstərmək, anti-Rusiyaya aqrumentlərini güclədirmək və Bakıya qarşı beynəlxalq təzyiqi gündəmə gətirmək;
Laçın yolunda aksiya üzərindən Azərbaycana qarşı beynəlxalq təzyiq dalğasının praktiki nəticələrinə nail ola bilmədilər. Bunun səbəblərindən biri də beynəlxalq hüquqda Qarabağın Azərbaycan ərazisi kimi tanınmasıdır. Sərhəd təxribatı ilə Azərbaycanı “təcavüzkar” göstərmək imkanı daha çox ola bilər.
Və mümkün təxribat Fransanın Ermənistan-Azərbaycan sərhədinə jandarma qüvvələri göndərməsi üçün əsas rolunu da oynayacaq. Rəsmi Paris qərar verib, İrəvan razılaşıb, lakin bunu eskalasiyasız həyata keçirmək Rusiyaya açıq “meydan oxumaq”dır. Bu baxımdan, təxribatla “Rusiya Ermənistanın təhlükəsizliyini qorumur” arqumentini gücləndirəcək və Aİ missiyasının əhəmiyyətinə, bu missiya tərkibində Fransa qüvvələrinin gətirilməsinə əsas yaradacaqlar.
İranın isə bu təxribat planında üç hədəfi var:
Birincisi, mümkün eskalasiya ilə Aİ-nin (Fransa) bölgədə varlığını legitimləşdirmək Tehrana Türkiyə, Rusiya və Azərbaycanın üçtərəfli razılaşmalar üzərindən bölgədə yaratdığı balansın pozulması baxımından lazımlıdır;
İkincisi, Tehran Ermənistana yardım və Fransanın regiondakı maraqlarına oynamaqla İrana hərbi müdaxilə ssenarisinə qarşı dəstək əldə etmək istəyir: İsrailin yaratmaq istədiyi beynəlxalq koalisiyada Fransanın da olacağı gözlənilir və İran Cənubi Qafqazdakı proseslər üzərindən Parisin neytrallığını təmin edə, o cümlədən, ermənilərin Qərbdə onun lobbiçiliyini aparacağına ümid edir;
Üçüncüsü, sərhəddə genişmiqyaslı toqquşma üçtərəfli razılaşmaları arxa plana keçirə və Zəngəzur dəhlizinin aktuallığını sual altına sala bilər;
Mümkün təxribat hücumu ilə İranın hərbi müstəvidə nail olmaq istədiyi hədəf də var: Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsinə nəzarət etmək;
Bu ərazidə postun qurulduğu ilk dövrdə də İranda yola müdaxilə haqda fikirlər var idi, lakin həmin vaxt bölgədəki siyasi mənzərə sərfəli deyildi. Çünki belə bir müdaxiləyə qarşı təkcə Azərbaycan və Türkiyə yox, Rusiya da çıxacaqdı. İndi Ukrayna müharibəsinə görə Rusiyanın üzləşdiyi vəziyət və Qərb qüvvələrinin Ermənistan üzərindən bölgəyə gəlişi bu yola müdaxilə ediləcəyi halda İranın üzləşə biləcəyi təzyiqi zəiflədir. Və istisna deyil ki, erməni əsgərlərin formasını geyinmiş İran hərbçilərinin Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini ələ keçirmək ssenarisi var.
İranın Ermənistandakı səfiriyinin bu gün Zəngəzur dəhlizinə qarşı verdiyi açıqlama, “Fransa jandarmalarının sərhəddə yerləşdirilməsinə” qarşı olmadıqlarını deməsi də diqqət çəkir və proseslərin analizi fonunda təxibat planı haqda informasiyanın doğruluq payını artırır.

Tehsil-press.az


Oxşar xəbərlər