
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
İğdır əsilli Ə.Gürel 1969-cu il iyunun 16-da anadan olub. 1987-ci ildə Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Tarla bitkiləri bölümünü bitirib. Elə həmin il magistratura oxumadan birbaşa İngiltərənin Lids Universitetinin təqaüdlü doktorantura proqramını qazanıb və 1992-ci ildə bitirib. 1992-1995-ci illərdə “Türkiyə Şəkər Fabrikaları A.Ş.”nin Şəkər İnstitutunda çalışdıqdan sonra Bolu Abant İzzət Baysal Universitetinin Fənn ədəbiyyat fakültəsinin Biologiya bölümündə fəaliyyətinə davam edib. 1998-ci ildə dosent, 2004-cü ildə professor olub. 2023-cü ildən adıçəkilən fakültənin dekanı idi. İngilis və fransız dillərini bilən Əkrəm Gürel evlidir, bir oğlu var.
Tehsil-press.az