Sumqayıtın ictimai məkanlarına landşaft amilinin təsiri araşdırılıb

Sumqayıtın ictimai məkanlarına landşaft amilinin təsiri araşdırılıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Landşaft memarlığı kafedrasında elmi seminar keçirilib.
Seminarda kafedranın baş müəllimi Elmira Məmmədqulu qızı “Şəhərin ictimai məkanının formalaşmasında təbii landşaftın rolu” (Sumqayıt şəhərinin timsalında) mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi təqdim olunan işin aktuallığından danışıb və Sumqayıt şəhərinin timsalında ictimai məkanların formalaşmasında təzahür edən təbii landşaft amillərinə diqqət çəkib. O qeyd edib ki, bu istiqamətdə kafedrada çoxtərəfli araşdırmalar aparılır və şəhər ictimai məkanının ekoloji landşaft prinsiplərinin müəyyən edilməsi, landşaft strukturunun təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanır.
Seminarın sonunda məruzə ətrafında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər