
ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Nərmin Əliyeva klassik Çin bağının elementləri və quruluş xüsusiyyətləri, Çin bağ-park incəsənətinin etik-fəlsəfi aspekti, landşaft formalarının insana təsirinin izahını verən fen-şuy təlimi barədə danışıblar.
Seminarda iştirak edən Azərbaycan Memarlıq və İnşaat Universitetinin Landşaft memarlığı kafedrasının müəllimi Fərid Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun “Landşaftşünaslıq və landşaft planlaşdırması” şöbəsinin aparıcı elmi işçisi Sitarə Tarixazər dekorativ bağçılığın inkişaf tarixi və müasir Azərbaycan şəhərlərinin landşaft memarlığı təcrübəsinin özünəməxsusluğu barədə çıxış ediblər.
ADU-nun Mətbuat Xidməti


