
Seminarda çıxış edən kafedranın dosenti Tükəzban Həsənova dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir.
Məruzəçi karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub. O bildirib ki, eksperimental elmi tədqiqatların analizi nəticəsində karkas binaların yüksək intensivlikli seysmik yüklərə parametrlərinin təyin olunması mümkündür.
Sonda məruzə ətrafında müzakirələr təşkil olunub.
Tehsil-press.az