
Layihə çərçivəsində tələbələrin iştirakı ilə “Orta əsr məkanının interyer və brendinq dizaynı” mövzusunda təlim təşkil olunub. Beş gün davam edən layihənin ilk günündə iştirakçılar Azərbaycanın tarixi məkanlarına baxış keçiriblər. Əyani baxışdan sonra tarixi məkanların interyer və brendinq dizaynı işlənilib.
Layihənin sonuncu günü dizayn işlərinin sərgisi keçirilib. Tələbələr dizayn işlər haqqında sərgi iştirakçılarına geniş məlumat veriblər.
Sərgidən sonra layihədə iştirak edən tələbə və müəllimlərə sertifikatlar təqdim olunub.
Tehsil-press.az