Əcnəbilərlə nikaha girən gəlin və bəylərimiz - Statistika

Əcnəbilərlə nikaha girən gəlin və bəylərimiz - Statistika 2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61939 nikaha daxilolma və 15983 boşanma halları qeydə alınıb.
2022-ci ildə qeydiyyat orqanlarında 2.134 Azərbaycan vətəndaşının əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.
Rəsmi məlumata görə, nikahlardan 1067-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1067-si isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb.
Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikaha daxil olması zamanı vətəndaşlarına üstünlük verdikləri ölkələr də açıqlanıb. Bildirilib ki, əcnəbilərlə azərbaycanlıların nikahının qeydə alınması zamanı ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları qərarlaşıb.
Nazirliyə əcnəbilərlə pozulan nikahların sayına dair ünvanladığımız sorğunun cavabında bildirilib ki, bu istiqamətdə artıq statistika aparılmadığından müvafiq sualın cavablandırılması mümkün deyil.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin açıqladığı sonuncu statistikaya əsasən, 2019-cu ildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlanmış 187 nikahın pozulması halı qeydə alınıb. 2018-ci ildə belə boşanmaların sayı 149, 2017-ci ildə 195 olub. 2019-cu ildən sonra əcnəbilərlə bağlanmış nikahların pozulması statistikası yenilənməyib.

Tehsil-press.az

Oxşar xəbərlər