Berlində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fləşmob təşkil edilib
Almaniyada fəaliyyət göstərən Azərbaycan icması Berlin şəhərində, Brandenburq qapıları önündə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş fləşmob keçirib.
Fləşmob zamanı 613 ədəd şamdan istifadə olunmaqla Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Aksiyada ziyarətçilərə Xocalı soyqırımına dair buklet və flayerlər paylanılıb, insanlığa qarşı törədilmiş bu ağır cinayətlə bağlı ətraflı məlumat verilib.
Tehsil-press.az
- Baxış: 1578
Xəbərin tarixi: 27.02.2023 / 13:17
-
Oxşar xəbərlər