
Bu barədə Ukraynanın Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib.
Azad edilən hərbi qulluqçular arasında Milli Qvardiyanın üzvləri, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onlardan 87-si Mariupolun müdafiəçisi, o cümlədən 71-i “Azovstal”ın əsgəridir. Bundan başqa, Baxmut və Soledar bölgələrində əsir götürülənlərdən 35 nəfəri geri qaytarılıb.
Qeyd edilib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna 2000-ə yaxın vətəndaşını əsirlikdən azad edib.
Tehsil-press.az