Millət vəkili Baroness Verna ilə köçkün qadınlardan danışıb

Millət vəkili Baroness Verna ilə köçkün qadınlardan danışıb Millət vəkili Qənirə Paşayeva Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Verna ilə görüşüb. Tehsil-press.az-a verilən məlumata görə, görüşdə millət vəkili Azərbaycanın Böyük Britaniya ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib. Azərbaycan ilə Böyük Britaniya arasında həm hökumətlərarası, həm də qanunvericilik orqanları arasında əməkdaşlığın inkişaf etdiyini deyən millət vəkili iki dövlət arasında güclü siyasi, iqtisadi əlaqələrinin olduğunu bildirib.
Q.Paşayeva Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Vernaya Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə geniş məlumatlar verərək Azərbaycan həqiqətlərini özündə əks etdriən materialları xanım Vernaya təqdim edib. Millət vəkili görüş zamanı deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyəti bütün sahələrində rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır. Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb. Azərbaycana xoş münasibət bəslədiyini deyən Böyük Britaniya və Şimali İrlandiya krallığının Beynəlxalq İnkişaf üzrə dövlət katibinin müavini Baroness Verna Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini və onun daha da inkişafında maraqlı olduqlarını deyib. Görüş zamanı bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Tehsil-press.az

Oxşar xəbərlər