Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa, eləcə də müsəlman ölkələri arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini qeyd edən qonaq, İSESCO nəzdində fəaliyyət göstərən FUIW-in islam dünyasını təmsil edən universitetlər arasında əməkdaşlıq üçün səmərəli platforma olduğunu diqqətə çatdırıb.
2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildiyini vurğulayan Ə.Muradov qonağa Azərbaycan ali təhsilində, o cümlədən UNEC-də həyata keçirilən islahatlar barədə məlumat verib. Ə.Muradov UNEC-in FUIW-in idarə heyətinə üzv seçilməsində göstərdiyi dəstəyə görə təşəkkür edib və bununla da UNEC-in FUIW-in fəaliyyətində daha aktiv iştirak etmək imkanı qazandığını bildirib.
Görüşdə FUIW və UNEC arasında gələcək əməkdaşlıq imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti