
Görüş zamanı Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, həmçinin Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.
Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Britaniya Şurasının ölkəmizdəki nümayəndəliyi arasında illik fəaliyyət planı imzalanıb.
Tehsil-press.az