Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramına qeydiyyat davam edir

Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramına qeydiyyat davam edir Yeni tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə II kurs tələbələri üçün Fransanın Monpelye Universitetinin ikili diplom proqramına qeydiyyat aparılır.
Proqram üzrə qəbul olan tələbələr III kursda Monpelye Universitetində təhsil alacaqlar. Onlara həmin universitetin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-ə qayıdaraq, təhsillərinə IV kursdan davam edəcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər