UNEC-in 12 tələbəsi Monpelye Universitetinin ikili diplom proqramının məzunu olub

UNEC-in 12 tələbəsi Monpelye Universitetinin ikili diplom proqramının məzunu olub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 12 tələbəsi 2021/2022-ci tədris ilində Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramını uğurla bitirib.
3-cü kursda Monpelye Universitetində təhsil alan tələbələr, 4-cü kursda təhsillərini İqtisad Universitetində davam etdirəcəklər. Tələbələr məzun olduqdan sonra UNEC-lə yanaşı, Monpelye Universitetinin diplomunu da əldə edəcəklər.
Xatırladaq ki, 2016/2017-ci tədris ilindən başlayaraq, dünya iqtisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarəolunması ixtisasları üzrə təhsil alan tələbələr Monpelye Universitetinin beynəlxalq menecment və biznes ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.
İndiyədək UNEC ilə Monpelye Universitetinin 68 tələbəsi ikili diplom proqramının məzunu olub.
2022/2023-cü tədris ilindən 20 tələbənin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər