Xudayarın anası xalqa müraciət etdi: Bizi incitməyin

Xudayarın anası xalqa müraciət etdi: Bizi incitməyin 44 günlük Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova son günlər sosial şəbəkələrdə şəhidlərin səsi ilə bağlı yayılan videolara münasibət bildirib.
Azərbaycan xalqına müraciət edən şəhid anası bu cür addımların doğru olmadığını deyib:
"Xalqımızdan xahiş edirəm ki, belə videolar qarşılarına çıxdığı zaman onlara etirazlarını bildirsinlər. Burada bizim şəhid balalarımızı başqa səslərlə danışdırıb özləri haqqında məlumat verirlər. Yəni İnstaqram və Tik-tok səhifələrində izləyici yığmaq üçün bunu etmək heç cür uyğun iş deyil. Belə paylaşımlar edib, anaları incitmək lazım deyil".

Tehsil-press.az




Oxşar xəbərlər