BDU-da şəhid ailələri ilə görüş

BDU-da şəhid ailələri ilə görüş Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə fakültənin şəhid məzunları Ataməli Musaoğlu və Cavid Manafovun ailələri ilə görüş keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
Fakültənin sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova şəhidlərin xatirəsinin uca tutulması, onların ailələrinə diqqət göstərilməsi istiqamətində görülən işlərdən danışıb.
Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva şəhid Ataməli Musaoğlu və Cavid Manafovun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib, bütün Azərbaycan xalqının onlarla fəxr etdiyini qeyd edib.
Hər iki şəhid məzunun şanlı döyüş yoluna həsr edilmiş videoçarx nümayiş olunub, onlara dərs demiş müəllimlərin - Yamən Vəliyeva, İmdad Bayramov, Kamilə Kazımova, İranə Məmmədli və Vüsalə Cəfərovanın xatirələri dinlənilib.
Ataməli Musaoğlunun anası Leyla Musayeva və Cavid Manafovun anası Natavan Manafova övladlarının ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında göstərdikləri şücaətlərdən bəhs edib, gəncləri onların həyat yolundan nümunə götürməyə səsləyiblər.

Tehsil-press.az



Oxşar xəbərlər