
Tədbirdə klubun rəhbəri, Tarix fakültəsinin tələbəsi Güllü Həsənzadə çıxış edərək 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun misilsiz şücaətindən, əsgərlərimizin qəhrəmanlıqlarından danışıb, şəhidlərimizin canı və qanı bahasına müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunduğunu vurğulayıb.
Şəhid Ərəstun Xıdırovun anası Səidə xanım, şəhid Elnur Nurullayevin anası Sevinc xanım, şəhid Veys İsmayılovun anası Zeynəb xanım Vətən yolunda şəhidlik zirvəsinə ucalmış övladlarının keçdikləri döyüş yolundan bəhs edib, onlarla fəxr etdiklərini deyiblər.
Çıxış edənlər dövlətimiz tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına daim qayğı göstərildiyini vurğulayıblar.
Tehsil-press.az