Gənc heykəltəraş Jalə Əliyeva şəhid Xudayar Yusifzadənin büstünü Tarix Muzeyinə hədiyyə edib

Gənc heykəltəraş Jalə Əliyeva şəhid Xudayar Yusifzadənin büstünü Tarix Muzeyinə hədiyyə edib Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının ikinci kurs magistr tələbəsi Jalə Əliyeva Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin büstünü hazırlayıb və Milli Azərbaycan Tarixi Muzeyinə bağışlayıb.
Baş direktor, akademik Nailə Vəlixanlı Jalə Əliyevaya şəhidimizə layiq bir sənət əsəri yaratdığına görə, eləcə də bu əsəri muzeyə hədiyyə etdiyinə görə təşəkkürünü bildirib.
Gənc heykəltəraş onun işinin muzeyin fonduna daxil edilməsindən qürur hissi keçirdiyini vurğulayaraq, başqa şəhidlərimizin büstləri üzərində çalışdığını deyib.
Muzey adından Jalə Əliyevaya təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
Büst “Dastana dönmüş bir şəhid ömrü (Şəhid Xudayar Yusifzadə)” adı ilə muzeyin Vətən müharibəsi fonduna daxil edilib. Bu sənət əsəri ilə muzeyin “Anadır arzulara hər zaman Qarabağ” sərgisində tanış olmaq mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər