ADU-nun tələbələri Ohanami bayramını qeyd ediblər

ADU-nun tələbələri Ohanami bayramını qeyd ediblər Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin nəzdində Xarici dillər kafedrasının yapon dili müəllimi Xanım Xəlilovanın təşəbbüsü ilə tələbələr və Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşları “Yapon bağı”nda Ohanami bayramını qeyd ediblər.
Tədbirdə səfirliyin əməkdaşı Amada Keiko uşaqları ilə yapon və Azərbaycan oyunlarını təqdim edib. Məlumat verilib ki, Ohanami bayramında insanlar birlikdə sakura çiçəklərini izləyərək əylənirlər.
Tədbir zamanı Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Yaponiya mədəniyyəti ilə yaxından tanış olublar.
Qeyd edək ki, bağda qədim yapon mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib.

Tehsil-press.az


Oxşar xəbərlər