Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanları keçirilib

Direktor vəzifəsinə işə qəbul üzrə test imtahanları keçirilib Aprelin 15-də şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Test imtahanında namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılması məqsədilə ümumilikdə 45 test tapşırığı təqdim edilib.
Test imtahanında 1108 nəfər iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər