ADPU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar

ADPU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş seminar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin lektoriyasında Kimya və biologiya fakültəsinin professoru Əli Zalovun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan tarixinin həqiqəti” mövzusunda seminarı keçirilib.
Professor Ə.Zalov seminarda Azərbaycan tarixi və Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti haqqında məlumat verib.
Seminar müəllim və tələbələr tərəfindən maraqla dinlənilib.
Mövzu ilə bağlı çıxış edənlər Heydər Əliyev haqqında öz xatirələrini bölüşüblər.
Daha sonra sosial və humanitar məsələlər üzrə prorektor professor Fikrət Rzayev çıxış edərək Ulu Öndərin siyasi fəaliyyətinin dövlətimizin inkişafındakı rolundan danışıb.

Tehsil-press.az



Oxşar xəbərlər