“Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” - elmi seminar

“Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” - elmi seminar Bakı Slavyan Universitetində (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda elmi seminar keçirilib.
Tədbirdə çıxış edən Humanitar və sosial elmlər fakültəsinin dekanı dosent Sevda Axundova universitetdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Sonra Azərbaycan multikulturalizmi və ölkəşünaslıq kafedrasının müdiri dosent İbrahim Quliyev “Heydər Əliyev və Azərbaycanın yeni iqtisadi siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Kafedranın müəllimlərindən Mətanət Şadlinskayanın “Heydər Əliyev müstəqil Azərbaycan iqtisadiyyatının qurucusudur”, Asif Quliyevin “Azərbaycanın neft strategiyası”, Rəşad Babayevin “Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Ulu Öndər Heydər Əliyevin ölkədə yeni iqtisadi sistemin əsasını qoyması, aparılan iqtisadi islahatlar haqqında məlumat verilib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasından, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasından bəhs olunub.

Tehsil-press.az

Oxşar xəbərlər