
Azərbaycan Dillər Universitetinin (ADU) 3 saylı binasının akt zalında təşkil olunmuş ədəbi-bədii gecədə fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir Əhməd Cavadın həyat və yaradıcılığı haqqında tələbələrin maraqlı məlumatları ilə başlanıb. Şairin şeirləri Azərbaycan, alman və rus dillərində səsləndirilib, şeirlərinə bəstələnən mahnılar və rəqslər ifa olunub.
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri dosent Xuraman Əsgərova istiqlal sevdalısı Əhməd Cavad haqqında maraqlı faktlar söyləyib. Digər çıxış edənlər də Vətən sevdalı şairin həyat və yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
Maraqlı çıxışlarına görə tələbələr dekanlıq tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Tehsil-press.az