Xətai rayonunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Xətai rayonunda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Baku Marriott Hotel Boulevard”da ulu öndərin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Konfransda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, akademik Vaqif Abbasov, Rayon Ağsaqqallar Şurasının sədri professor İzzət Rüstəmov, professor Ədalət Fərəcov, şəhid ailələri, qazilər, rayon idarə-müəssisə rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Xətai rayonunda yerləşən Heydər Əliyev parkını ziyarət edib, ümummilli liderin parkdakı abidəsinin önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar.
Konfransda Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqda geniş məruzə ilə çıxış edib.
Rafiq Quluyev məruzəsində bunları qeyd edib: “Bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biridir. Ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. 44 günlük Vətən müharibəsində qazanılmış parlaq qələbə, güclü dövlət-güclü ordu konsepsiyasının təntənəsidir. Otuz il işğal altında qalan torpaqlarımız məhz bu konsepsiyanın nəticəsində hərbi-siyasi yolla azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Regionun gündəliyini bu gün Azərbaycan diktə edir. Dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ölkə başçısı cənab İlham Əliyevin ifadə etdiyi kimi “bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaqdır!”
İcra başçısı çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq, nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır: “Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, Böyük Qayıdış Proqramı çərçivəsində ilk uğurlu addımlar atılır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı olan, ulu öndərdən –“mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək", - qiymətini alan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı bu böyük uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirdi. Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və ümummilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanı öz praqmatik və müdrik siyasəti ilə irəli aparır. Dövlətin sükanının etibarlı əllərdə olduğunu görən xalq öz Prezidentinə daim dəstək verir və onun arxasınca inamla gedir. Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti özünün yeni müasir inkişaf dövrünü yaşayır."
Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin bildirib ki, hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq: “Xalqımız “insan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır”, - deyən ulu öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Heydər Əliyev müstəqil Azərbaycanı daha xoşbəxt, insanları daha firavan görmək istəyirdi. Ümummilli lider dəfələrlə xatırladırdı: “bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq”. Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Heydər Əliyev Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. O hər zaman öz nəhəng fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Bu sevgi və sədaqətin göstəricisidir ki, xalqımız Dahi Rəhbərin yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Nə qədər ki, dünyada müstəqil Azərbaycan dövləti var, azərbaycançılıq var, ulu öndər Heydər Əliyev də ürəklərdə yaşayacaqdır."
Konfransda ulu öndərə həsr olunmuş sənədli filmin nümayişi olub.
Daha sonra konfrans iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyub əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər