
Lerik rayonunun dağlıq ərazilərində bir neçə sm hündürlüyündə qar yağıb.
Həmçinin Quba və Qusarın dağlıq ərazilərinə, o cümlədən Xınalıq kəndinə qar yağıb. Ötən gündən bəri davam edən qar Xınalıqda hazırda da davam edir. Artıq kənddə 3 sm hündürlüyündə qar var.
Qeyd edək ki, Milli Hiderometeorologiya Xidməti Azərbaycanın rayonlarında mayın 16-sı gündüzədək havanın yağıntılı olacağını açıqlayıb. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Tehsil-press.az