BDU-da elmi təlim: Nəzarətli mühitdə kənd təsərrüfatı

BDU-da elmi təlim: Nəzarətli mühitdə kənd təsərrüfatı Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi (TİİMM) və Biologiya fakültəsinin təşkilatçılığı ilə “Nəzarətli mühitdə kənd təsərrüfatı” mövzusunda elmi təlim keçirilib.
Təlimdə BDU-nun rektoru Elçin Babayev, Biologiya fakültəsinin əməkdaşları və tələbələr iştirak ediblər.
Hidroponika və akvaponika sistemləri üzrə ixtisaslaşmış “Danbury Hydroponics” şirkətinin təsisçisi Dylan Mehri tərəfindən keçirilən təlimdə hidropon və akvapon sistemləri, onların işləmə prinsipləri, bu sahədə mümkün olan optimal variantlar barədə məlumat verilib. Təlim zamanı Azərbaycanda bu sahədə olan müasir sistemlərlə akvapon sistemi müqayisə edilib, iqtisadi və sənaye səmərəliliyi göstərilib.
Sonra ABŞ-da biznes təcrübəsi olan Elşən Baloğlanov innovativ kənd təsərrüfatı sistemlərinin istifadəsi, müsbət və mənfi cəhətləri ilə bağlı fikirlərini bölüşüb.
Mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər