BDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblər

BDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblər BMT-nin İnkişaf Proqramının tərkib hissəsi olaraq “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Media nümayəndələrinin iştirak etdiyi tədbirdə BMT-nin rezident əlaqələndiricisi və BMTİP-in nümayəndəsi Qulam İsakzai, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak, Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli və Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov çıxış ediblər.
Tədbirdə Bakı Dövlət Universitetini Mətbuat və informasiya şöbəsinin müdiri, dosent Pərvanə İbrahimova, Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasının müəllimi, dosent Vəfa İsgəndərova və “Bakı Universiteti” qəzetinin baş redaktoru Anzulə Əmirova təmsil ediblər.
Çıxışçılar Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətindən, o cümlədən dünyada yoxsulluğun bütün formalarına son qoymaq, ərzaq təhlükəsizliyinə nail olmaq, dayanıqlı kənd təsərrüfatını təşviq etmək, bütün yaşlarda hamı üçün sağlam yaşayışı təmin etmək, gender bərabərliyinə nail olmaq kimi məsələlərdən və media nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsindəki rollarından bəhs edilib.
Daha sonra BMTİP-in İstanbul Regional Mərkəzinin Kommunikasiya və KİV-lə Əlaqələr üzrə Mütəxəssisi Nikolas Douilletin rəhbərliyi ilə qrup təqdimatı və sual-cavab sessiyası keçirilib.
Qeyd edək ki, təlim proqramı BMT-nin İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması” layihəsinin tərkib hissəsidir. Təlim kursu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının maliyyə dəstəyi və Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə həyata keçirilib.

Kəmalə Rəhimli


BDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblərBDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblərBDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblərBDU-nun əməkdaşları “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlimdə iştirak ediblər

Oxşar xəbərlər