Gürcüstan Kənd Təsərrüfatı Akademiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Gürcüstan Kənd Təsərrüfatı Akademiyası ilə əməkdaşlıq perspektivləri müzakirə edilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Xarici əlaqələr və innovasiya şöbəsinin müdiri, Avropa İttifaqının “Horizon-2020” proqramının hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev Tbilisidə Gürcüstan Kənd Təsərrüfatı Akademiyasının prezidenti, akademik Quram Aleksidze və vitse-prezident Aleksandr Didebulidze ilə görüşüb.
Görüşdə Gürcüstan Kənd Təsərrüfatı Akademiyası ilə İdarəetmə Sistemləri İnstitutu arasında əməkdaşlıq barədə, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi proseslərinin modelləşdirilməsi və optimallaşdırılması üçün metodların yaradılması üzrə müzakirələr aparılıb.
İki elmi müəssisə arasında anlaşma memorandumunun imzalanması təklif edilib.

Tehsil-press.az

Oxşar xəbərlər