ADPU-nun prorektoru Beynəlxalq Təhsil İşçiləri Assosiasiyasının konfransında təmsil olunub

ADPU-nun prorektoru Beynəlxalq Təhsil İşçiləri Assosiasiyasının konfransında təmsil olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva Vaşinqtonda Beynəlxalq Təhsil İşçiləri Assosiasiyasının (NAFSA) “İnklüziv gələcəyə ilham vermək” devizi ilə keçirilən 75-ci illik konfransı və sərgisində iştirak edib.
Konfransda K.Pirverdiyeva beynəlxalq təhsil liderləri ilə görüşlər keçirib, Azərbaycan universitetlərini ABŞ universitetləri üçün potensial tərəfdaş kimi təmsil edib. Bundan əlavə, Vaşinqtona səfər çərçivəsində K.Pirverdiyeva ölkəmizin ABŞ-dakı səfirliyinin dəvətilə Azərbaycan Respublikasının Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə keçirilən rəsmi tədbirdə iştirak edib.
Qeyd edək ki, NAFSA beynəlxalq təhsil və mübadilə ilə məşğul olan ən böyük assosiasiyadır. Assosiasiya, həmçinin beynəlxalq ali təhsili inkişaf etdirməyə çalışan peşəkarların ən böyük və hərtərəfli birliyidir. NAFSA 160-dan çox ölkədə 10 000-dən çox üzvün təhsil və peşəkar inkişafla bağlı ehtiyaclarına xidmət göstərir. NAFSA beynəlxalq təhsil işçilərinə və onların peşə inkişafına xidmət etməklə ali təhsil müəssisələrində beynəlxalq təhsili inkişaf etdirməyi və onun ictimai arenada həyata keçirilməsini təmin edən təhsil siyasətini təbliğ edir.

Tehsil-press.az


Oxşar xəbərlər