
Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunub.
Bu gün 2059 nəfər ibtidai sinif müəllimi test imtahanı mərhələsinə cəlb olunub.
Qeyd edək ki, iyunun 20-23-də ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, iyunun 24-də isə 8 500-dən çox təhsilverən Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb ediləcək.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 mindən çox müəllim dəvət olunub.
Tehsil-press.az