“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin 1 günlük silahlı qiyamdan sonra ilk dəfə açıqlamalar verib.
Priqojin hərəkətə keçməyəcəkləri təqdirdə iyulun 1-dən “Vaqner”in ləğv edilmə təhlükəsinin olduğunu deyib. O, məqsədlərinin hökuməti devirmək olmadığını vurğulayıb:
"Biz toplandıq, Rusiya Müdafiə Nazirliyinin niyyətini döyüşçülərin diqqətinə çatdırdıq. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. 24 saat davam edən bütün yürüşdə bir kolon Rostova, digəri isə Moskva istiqamətində getdi. Gün ərzində 780 kilometr yol qət etdik. Biz hava qüvvələrinə zərbələr endirməyə məcbur olduq. Bu müddət ərzində yol kənarında olan bütün hərbi obyektlər zərərsizləşdirilib.
"Vaqner" döyüşçüləri arasında öz istəkləri ilə Müdafiə Nazirliyindən ayrılıb bizə qoşulan bir neçə nəfər yaralanıb və iki nəfər həlak olub. "Vaqner" döyüşçülərinin heç biri bu kampaniyaya məcbur edilmədi. Hamı onun son məqsədini bilirdi".
Ukraynadakı müharibənin effektsiz şəkildə davam etdirilməsindən narahat olduğunu vurğulayan Y.Priqojin bu addımı müharibənin gedişinə etiraz olaraq atdığını əlavə edib.
Tehsil-press.az