Ukrayna ordusu Rumıniyada F-16 qırıcılarını idarə etmək üçün təlim keçəcək.Bu barədə ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.
“Görüşdə Rumıniyanın yeni transatlantik layihədə iştirakı, yəni ölkədə F-16 təyyarələrinin pilotlarının hazırlanması üçün strukturun yaradılması müzakirə edilib. Digər müttəfiqlərlə və bu döyüş təyyarəsini hazırlayan şirkətlə birlikdə Rumıniyada bu təyyarələri idarə edəcək pilotların hazırlanması üçün regional mərkəz yaradılacaq”, - administrasiyadan bildirilib.
Tehsil-press.az

.jpg)












