“Bu, İsveçin NATO-ya üzvlüyü ilə bağlı deyil”

“Bu, İsveçin NATO-ya üzvlüyü ilə bağlı deyil” “Türkiyənin Avropa İttifaqına üzvlüyü və İsveçin NATO-ya daxil olması məsələləri bir-biri ilə əlaqəli deyil”.
Bu barədə ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan brifinqdə bildirib.
“NATO elə NATO-dur. Avropa İttifaqı elə Avropa İttifaqıdır. ABŞ Avropa İttifaqına daxil deyil. ABŞ bundan əvvəl Türkiyənin Avropa ilə danışıqlarını, bu danışıqların bərpasını dəstəkləyib. Prezident Bayden İsveçin NATO-ya üzvlüyü məsələsi ortaya çıxmazdan çox əvvəl bu mövzu ilə məşğul olmağa başlamışdı. Beləliklə, bildiyimiz qədər bu mövzular bir-biri ilə əlaqəli deyil”, - o deyib.

Tehsil-press.az


Oxşar xəbərlər