
Təlimlər Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində keçiriləcək.
Təlimlər cari il üçün ikitərəfli ordulararası əməkdaşlıq planına uyğun olaraq reallaşacaq. "Bu, Çin-BƏƏ hava qüvvələrinin ilk təlimidir və iki dövlətin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsinə yönəlib", - məlumatda deyilir.
Bildirilir ki, manevrlər qarşılıqlı anlaşma və etimadın möhkəmlənməsinə töhfə verəcək.
Tehsil-press.az