İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır

İran, Çin və Rusiya birgə hərbi təlimlərə başlayır Yanvarın 21-də İran, Çin və Rusiyanın Həbi Dəniz Qüvvələri Hind Okeanının şimal hissəsində hərbi təlimlərə başalayacaqlar.
Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin admiralı Musatafa Tacəldini jurnalistlərə verdiyi açıqlamada deyib.
O bildirib ki, “Təhlükəsizlik kəməri-2022” kod adı ilə adlandırılan hərbi dəniz təlimləri okeanın 17 min kvadratkilometr ərazisini əhatə edəcək. Təlimlərin məqsədi regionda sülhün və əmin-amanlığın təmin olunmasıdır. Təlimlərə Hərbi Hava Qüvvələri də cəlb ediləcək.
Admiral diqqətə çatdırıb ki, hər 3 dövlətin hərbi dəniz sahəsində əməkdaşlıq əlaqələri davam edəcək və birgə təlimlər gələcəkdə də keçiriləcək. Bu təlimlər isə terrorçulara, dəniz quldurlarına və qaçaqmalçılara qarşı aparılan mübarizəni təkmilləşdirəcək.

Tehsil-press.az


Oxşar xəbərlər