Türkiyə Macarıstana qaz ixrac edəcək

Türkiyə Macarıstana qaz ixrac edəcək Türkiyə Macarıstana təbii qaz ixrac edəcək.
Bununla bağlı Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ şirkəti ilə Macarıstanın MVM CCEenergy şirkəti arasında müqavilə imzalanıb.
Müqavilə çərçivəsində Türkiyədən Macarıstana təbii qaz nəqli gələn ildən başlanacaq.
“İmzalanan təbii qaz müqaviləsi ilə ilk dəfə qonşumuz olmayan Avropa ölkəsinə təbii qaz ixrac edəcəyik. Türkiyə Avropanın təchizat təhlükəsizliyinə töhfə verməyə davam edir”, - deyə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Qeyd edək ki, yanvar ayında Türkiyə Bolqarıstanla 13 il müddətinə hər il 1,5 milyard kubmetr təbii qaz ixracına dair müqavilə imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər