
Azərbaycandan ölkəyə qaz idxalı əvvəlki ayla müqayisədə 68 faizdən çox artıb.
Apreldə qaz tədarükünün dəyəri martda 30,5 milyon avro ilə müqayisədə 29,9 milyon avro təşkil edib ki, bu da 2 faizdən çox azalma deməkdir.
Qeyd edək ki, Bolqarıstan 2022-ci il oktyabrın 1-də istifadəyə verilən Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz idxalına başlayıb. Bu interkonnektor vasitəsilə qaz tədarükünün müqavilə üzrə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi tutumu 3 milyard kubmetrdir və ildə 5 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.
Azərbaycan Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə Avropaya qaz ixrac edir. TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir və ildə 20 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür.
Tehsil-press.az