Rusiya Müdafiə Nazirliyi “Vaqner”i nəzarətə götürür?

Rusiya Müdafiə Nazirliyi “Vaqner”i nəzarətə götürür? Rusiya Müdafiə Nazirliyinin Afrika və Yaxın Şərqdə yerləşən “Vaqner” Özəl Hərbi Şirkətinin muzdlularının nəzarətə götürülməsi ilə bağlı məlumat yayılıb.
Bu yaxınlarda Vladimir Putinin “Vaqner”in Rusiya ordusuna qoşulmasına icazə verən fərman imzalaması buna xidmət edir. Belə ki, “Vaqner”in əməliyyatları Müdafiə Nazirliyi ilə əlaqəli silahlı qruplaşma ilə idarə ediləcək.
Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.

Tehsil-press.az



Oxşar xəbərlər